525.Az

Sahibə Qafarova AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri seçilib


 

Sahibə Qafarova  AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri seçilib<b style="color:red"></b>  
 Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova adıçəkilən qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 3-6-da Avstriyanın paytaxtı Vianada səfərdə olub.
 
Toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, rasizm və tolerantlıq, əlillərin hüquqlarının təmin olunması və onlara qarşı diskriminasiyanın aradan qaldırılması, Avropada gender bərabərliyi və digər məsəloələr haqqında müzakirələr aparılıb.
İclasda çıxış edən S. Qafarova Azərbaycanda mövcud olan tolerantlıq mühitindən, multikulturalizm və gender məsələləri ətraflı məlumat verib.
 
Millət vəkili bildirib ki, Azərbaycan bir çox dinlərin, fərqli millətlərin nümuyəndələrinin qarşılıqlı hörmət və anlayış şəraitində yaşadığı tolerant ölkədir.
 
S.Qafarovanın  sözlərinə görə, ölkəmizdə dinindən, irqindən, milliyətindən, sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir və Azərbaycan dövləti hər bir vətəndaşın bütün hüquqlarını yüksək səviyyədə təmin edir.
 
İclasda, həmçinin, S. Qafarova 47 ölkənin nümayəndələri arasından AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Gender bərabərliyi üzrə alt komitəsinin sədri seçilib.
 
Millət vəkili 525.az-a açıqlamasında isə sözügedən Alt komitəyə sədr seçilməsinin əhəmiyyətli olduğunu söyləyib.
 
Millət vəkilinin bildirdiyinə görə, əvvəla, bu, onu göstərir ki, Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir və Avropa ictimaiyyəti də bunun yüksək qiymətləndirir ki, məhz azərbaycanlı parlamentari bu alt komitəyə rəhbərlik edir.
 
 “Digər tərəfdən, bu, onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı göstərilir.
 
Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir. Demək ki, mən həm dövlətimi lazımi səviyyədə təmsil edə bilirəm, həm də Avropa Şurasındakı fəaliyyətim qurumun özündə də razılıq doğurur”-deyə, S.Qafarova sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu
 
 





06.03.2014    çap et  çap et