525.Az

Rusiyalı ekspert: "Azərbaycan müharibə istəmir"


 

Rusiyalı ekspert: "Azərbaycan müharibə istəmir" <b style="color:red"></b>

Rusiyanın tanınmış hərbi eksperti Aleksandr Artamonov "News Front" agentliyinə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda xarici və yerli KİV üçün mətbuat konfransında müsahibəsini şərh edib.

"Report"un məlumatına görə, ekspert vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın sülh istədiyini bildirib:

"Prezident İlham Əliyev bildirib ki, Azərbaycan etnik qətliam törətmədən Xocalı hadisələrinə cavab verməyə nail olub, 30 illik nəticəsiz danışıqlar bahasına əldə edə bilmədiklərini əldə edib və indi sülhdən başqa heç nə istəmir. Və bu onu göstərir ki, Azərbaycan qisas almaq niyyətində deyil", - o deyib.

 





02.03.2021    çap et  çap et