525.Az

Əməkdar artist insult keçirib


 

Əməkdar artist insult keçirib<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.

Bu barədə 525.az-a Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə aldığını deyib:

“Pərviz Bağırov beyin insultu keçirib. Hazırda reanimasiyadadır. Həkimi ilə əlaqə saxladıq, bildirdi ki, xəstəxanaya gəldiyi günlə müqayisədə səhhətində müəyyən irəliləyiş var. Xəstə qəbul olunanda vəziyyəti çox ağır idi. Hazırda stabil ağır olaraq qalır. Huşu aydın olsa da, ünsiyyətində problem var, sağ tərəfi işləmir”.

 





03.03.2021    çap et  çap et