525.Az

Daha bir məktəb koronavirusa görə bağlanıb - Yenilənib


 

Daha bir məktəb koronavirusa görə bağlanıb - <b style="color:red">Yenilənib</b>

Paytaxtdakı 106 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 525.az-a verilən xəbərə görə, 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1  nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb.

Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb:

"Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq".

*** 

Bakıda daha bir məktəbda koronavirusa görə tədris müvəqqəti dayanıb.

525.az-ın məlumatına görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəb COVİD-19 səbəbilə karantinə bağlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun APA-ya verdiyi məlumata görə, bu günə qədər koronavirus səbəbindən BŞTİ-nin tabeliyindəki 2 məktəbdə tədris dayandırılıb.

Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 saylı məktəb də koronavirus səbəbindən karantinə bağlanıb.

 





03.03.2021    çap et  çap et