525.Az

İlk kosmik otelin açılış vaxtı bəlli oldu — Foto


 

İlk kosmik otelin açılış vaxtı bəlli oldu — <b style="color:red">Foto </b>

Yer kürəsinin aşağı orbitində yerləşəcək otelin inşası xeyli həyəcan doğurub. Bununla da kosmosa yerləşmə ilə bağlı yeni bir inkişafa təkan verilib.

525.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən "The Gateway Foundation" törəməsi olan "Orbital Assembly Corporation"(OAC) tərəfindən hazırlanmış "Voyager" stansiyasında inşa ediləcək otelin ilk müştərilərinə 2027-ci ildə ev sahibliyi edəcəyi açıqlanıb. 400 nəfərlik oteldə birdən çox restoran, kinoteatr, idman zalı, bar və spa olacaq. Otelin qiyməti və gecə qalma yeri barədə məlumat paylaşılmayıb. Layihənin inşasına 2025-ci ildə başlanılacağı qeyd edilir.

 

Otelin bəzi kapsullarının kosmik tədqiqat üçün NASA və Avropa Kosmik Agentliyinə (ESA) satıla biləcəyi də nəzərdə tutulub. Layihə Alman fiziki Vernher von Braun tərəfindən təklif edilib.

 

Aytac Aslan

 





03.03.2021    çap et  çap et