525.Az

Azər Abdulla koronavirusa yoluxub


 

Azər Abdulla koronavirusa yoluxub<b style="color:red"></b>

Yazıçı Azər Abdulla (Əhmədbəyli) koronavirusa (COVID-19) yoluxub.

525.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O, atasının dünən “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib. O qeyd edib ki, atası hazırda süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, Alpay Azərin də koronavirus testi pozitiv çıxıb. O, ev şəraitində müalicə alır.

 

 





03.03.2021    çap et  çap et