525.Az

Daha 319 nəfərdə koronavirus aşkarlandı: 161 sağalan, 5 ölən var


 

Daha 319 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">161 sağalan, 5 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir.

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 610 808 test aparılıb.

 





03.03.2021    çap et  çap et