525.Az

“Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik”


 

“Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik”<b style="color:red"></b>

“Gürcü həmkarımla regional ortaq layihələri, Qarabağda atəşkəsdən sonra bölgənin istiqrarı üçün atıla biləcək addımları müzakirə etdik”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

“Biz Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik. Gürcüstanın bu məsələdə bəzi tərəddüdləri var, bunu anlayışla qarşılayırıq. Gürcüstanın da iştirak edəcəyi regional əməkdaşlığa dəstəyimiz artacaq. Biz Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığına əhəmiyyət veririk”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Azərbaycanın təklif etdiyi “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir.

Nazirin sözlərinə görə, “3+3” platformasının məqsədi logistik, iqtisadi, enerji sahələrindəki layihələrlə bağlı etibarlı addımlar atmaqdır.

“Biz bu məsələdə Gürcüstanın mövqeyinə hörmətlə yanaşırıq”, - deyə M. Çavuşoğlu vurğulayıb.

"Viza məsələsində Avropa İttifaqından (Aİ) siyasi iradə görmək istəyirik". 
 
M. Çavuşoğlu bildirib ki, Türkiyənin indiyə qədər atdığı addımlar viza rejiminin aradan qaldırılması üçün yetərli hesab olunur, amma Aİ üçün yetərli deyil və bunun üçün Aİ siyasi iradə göstərməlidir.
 
"Avropa İttifaqı tərəfindən siyasi iradə görmək istəyirik. 23-cü və 24-cü fəsillərlə bağlı şərtlər yerinə yetirildiyi halda blok edildiyi üçün bu fəsillər açılmır və digər bəzi fəsillər də blokdadır. Siyasi qərarlara görə bu fəsillərlə bağlı müzakirələr, təəssüf ki, sadəcə səngiməyib, son zamanlarda dayandırılıb.
Viza ilə bağlı 4 və ya 5 şərt qalıb, artıq bu şərtlərlə bağlı da addımlar atılıb", - deyə türkiyəli nazir bildirib.
 
Türkiyə XİN başçısı deyib ki, əgər Aİ Gürcüstana və Ukraynaya qarşı göstərdiyi yumşaqlığın yarısını Türkiyəyə göstərərsə Türkiyə və Aİ arsında viza rejimi ləvğ oluna bilər.
 
M.Çavuşoğlu onu da əlavə edib ki, ölkəsi üçün vacib olan müxtəlif sahələrdə islahatlar davam edəcək: "Növbəti həftə prezident iqtisadi sahədə islahatları açıqlayacaq".

 





03.03.2021    çap et  çap et