Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayon ərazisində minaya düşüb.
525.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad olunan Novruzlu kəndində qeydə alınıb.
Ağır yaralanan idarə rəisi Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.