525.Az

Səni düşünmək... - Sevinc Mürvətqızının essesi


 

SU KEÇMƏZDİ ARAMIZDAN, GÖZ YAŞI KEÇDİ...

Səni düşünmək... - <b style="color:red">Sevinc Mürvətqızının essesi </b>

Bir park hansısa şairə görə sevilərmi?  Əlbəttə, sevilər də, unudulmaz da... İllər əvvəl Gülhanə Parkına girər-girməz oradakı ceviz  ağaclarının həndəvərinə elə həyəcanla boylanmışdım ki, elə bil, oralarda bir yerdə, "polisin belə fərqində olmadığı"  bir köşədə məni gözləyirdi. Hündür və çoxillik ceviz ağaclarının lap uclardakı budaqlarının arasından süzülən bahar günəşinin şüaları xoşbəxtlik yağışı kimi saçlarıma səpilib parkın göz oxşayan çəmənliyinin yaşıllığında sayrışırdı...

... Məkan: Gülhanə Parkı, zaman: Nazim Hikmət...  Amma oradakı mən, bu mən deyildim. Orada Nüzhətdim, Pirayəydim, Münəvvərdim, Qalinaydım, Veraydım... Mavi gözlü azmanımın baxışlarının işıltısını uzaqdan sezib oturduğum çəmənlikdən sevinclə sıçrayıb qalxmaq istədim.

Əliylə oturmağımı işarə elədi və yaxınlaşıb: 

- Sevgilim,
çimenin üzerine
diz üstü oturalım
karşı-be-karşı...

Onsuz da eşqdən nitqim tutulmuşdu, dinə bilmədim. Gülhanənin yamyaşıl çəmənliyində, qocaman ceviz ağaclarının kölgəliyində diz-dizə oturduq. Həyəcandan nəfəsimin təngidiyini hiss edib işıqlıca gülümsədi:

- Hoş geldin, kadınım benim, hoş geldin...

Və gözlərimin içindən düz ürəyimə boylandı:

- Gözlerine bakarken,
güneşli bir toprak kokusu vuruyor başıma...

Gülümsədim, nazlandım metaforanın hərarətindən: 

-  Kim bilir nə gözlər gördü gözlərin?..

Buludlandı baxışları, amma çəkmədi yenə nəzərlərini üstümdən:
 
- Durup dinlenmeden değişen ebedi madde gibi gözlerin
 sırrını her gün bir parça veren.
fakat hiç bir zaman;
büsbütün teslim olmayacak olan...

Dalğalı saçlarını barmaqlarımla daraqladım, çox  sevdiyim misrası qopdu dilimdən:
 
- Yüz yıl oldu yüzünü görmeyeli..
belini sarmayalı,
gözünün içinde durmayalı...

Fəqət, ikimizin də bildiyi səbəblərdən idi bu yüzillik həsrət:

- İkimiz de biliyoruz, sevgilim,
öğrettiler:
aç kalmayı, üşümeyi,
yorgunluğu ölesiye
ve bir-birimizden ayrı düşmeyi.

Amma bütün bunlara rəğmən necə də ümidli idi!  İnsanlar üçün döyüşməyi, insanlara daha ürəkdən sevməyi öyrədəcəyinə necə də inanırdı?! Üstəlik, məni də inandırmaq üçün o iki daşın arasında, o bilinməz zaman boşluğunda çabalayırdı:

- İkimiz de biliyoruz, sevgilim,
öğretebiliriz:
dövüşmeyi  insanlarımız için
ve her gün biraz daha candan,
biraz daha iyi
sevmeyi...

Amma məndəki  qadın səbirsizliyi, qəlbimdə onun üçün böyütdüyüm yüzillik həsrətin hövsələsizliyi çənəmə vurmuşdu, susmaq bilmədən birnəfəsə söylədim:

- Seni düşünmek güzel şey, ümitli şey
Dünyanın en güzel sesinden
En güzel şarkıyı dinlemek gibi bir şey
Fakat  artık ümit yetmiyor bana,
Ben artık şarkı dinlemek değil,
Şarkı söylemek istiyorum...

Asiliyim gözünün mavi parıltısını söndürdü elə bil. "Qar kəsmişdi yolları, gəmilər keçmirdi, uçaqlar uçmurdu", mənsə şərqi söyləmək həvəsinə düşmüşdüm anlıq qəflətlə... 

Qəfildən: "Ben senden önce ölmek isterim" dedi. Sevgi və şəfqət hissindən elə qəhərləndim ki, Gülhanənin yaşıllığına qarışan  göz yaşıma əngəl ola bilmədim. Diz-dizə oturmuşduq, göz yaşım bir-birinə söykədiyimiz  dizlərimizin arasından qarışdı torpağa. Su keçməzdi aramızdan, göz yaşı keçdi... Cavabımı gözlərimdən oxudu: 

- Gidenin arkasından gelen
gideni bulacakmı  zannediyorsun?

Hönkürüb ağladım. Ağladığım üçün utandım, utandığımdan lap möhkəm ağlamağa başladım. Hıçqıra-hıçqıra, kəlmələri uda-uda misraları gəvələdim:

- Nasıl etmeli de ağlaya bilmeli
farkına bile varmadan?
Nasıl etmeli de ağlaya bilmeli
ayıpsız,
aşikare,
yağmur misali?

O, bu dəqiqələrdə  mənim ruhumun yeganə istinad nöqtəsi idi. Sevdiklərinlə birgə olanda zaman niyə belə nisbiləşir ki? Keçən andırmı, əbədiyyətdirmi fərqinə vara bilmirsən. Bir azdan həmişəlik  gedəcəkdi. Özü ümidsizliyin qollarında çırpınmasına  rəğmən məni gələcək günəşli sabahlara tapşırıb sonra arxayın getmək istəyirdi. Mənsə onunla bir ömür beləcə diz-dizə oturub dalğalı qumral saçlarını, mavi gözlərini seyr eləməyi... Güvənini və gələcəyə bəslədiyi hüdudsuz  ümidini laxlamış ruhu  tarazlığımın boşluqlarına pərçimləyirdi, indi  mənim üçün edə biləcəyi yeganə şey buydu. Bəlkə çox sevə bilmirdi, amma gözəl sevmək istəyinin işartıları idi bunlar. Bununla zehnimi heç bulandırmırdım da. Bilirdim... Ki, çox sevmək kəmiyyətdən, gözəl sevmək keyfiyyətdəndir...

- Sevgilim,
bu ayak sesleri, bu katliamda
hürriyetimi, ekmeğimi ve seni kaybettiğim oldu,
fakat açlığın, karanlığın ve çığlıkların içinden
güneşli elleriyle kapımızı çalacak olan
gelecek günlere güvenimi kaybetmedim hiçbir zaman...

O, mavi gözlü bir devdi. "Minnacık qadın arzuları" bəsit qalırdı onun azman ürəyinin yanında. Bunu anlayırdım. Amma mənim xəyalım  bağçasında xırdaca güllər açan kiçicik bir ev deyildi ki. Onun azman ürəyinə yerləşmək istəyirdim. Amma kirayənişin kimi yox, o qəlbin  sahibəsi kimi..." "Zəngin bir cücənin qolunda olmaq" arzum doğuluşdan yox idi ki...

Əllərimdən bərk-bərk yapışıb ömrüm boyu unutmayacağım bir türkü oxuyurdu: "Toprak çanaklarda güneşi içenlerin türküsünü!" Bu, mənə bəxş edə biləcəyi ən qiymətli ayrılıq hədiyyəsi idi. Halbuki hədiyyə istəyim-filan yox idi. Tək istəyim yanımda qalmasıydı. Narahat, səksəkəli idim, çox da ki "...ne polis farkında" deyirdi, birdən tutub aparardılar...

İçimdəki qarşısıalınmaz təlatümü hiss edirdi, sadəcə gülümsəməsi belə dadından doyulmaz bir təsəlli kimi ruhumundakı tufanları sakitləşdirməyə yetirdi, hər kəlməsi ilə özümə qaytarırdı məni: 

- Yok öyle umutları yitirib
karanlıkta savrulmak,
unutma, aynı gökyüzü altında
bir dirənişdir yaşamak...

O, mənim sərxoşluğum idi: "Nə ayılıram, nə ayıla bilirəm, nə də ayılmaq istəmədiyim sərxoşluğum". Üçümüz idik: O, mən və onu sevmək  səadəti:

- İçimde ikinci bir insan gibidir
seni sevmek saadeti...

Vaxt tamamdır... Getməyə hazırlaşır; xəfif tərpənişindən, gözlərindəki intizarın artmasından, baxışlarındakı həsrətin qatılaşmasından hiss edirəm. Gedir! Elə bil nə vaxtsa yenidən geri qayıdacaqmış kimi gedir! Gedərayaq aradakı ayrılıq gərginliyini xəfiflətmək üçün guya zarafatlaşır. Halbuki hər kəlməsi neştər kimi sancılır bağrımın başına:

- Ben senden çok önce gideceğim,
sen bensiz kalacaksın ihtiyarlığında...
en fazla bir yıl sürer
                     yirminci asır
larda
                                             ölüm acısı...

Bu gedişin əbədilik olduğunu bilirəm, boynuna sarılıb  "Özünü qoru" deyirəm. Kimdən, nədən?! Onu əslində, indiyə qədər bu gözəl sözləri qorumurdumu ki? Əvəzolunmaz enerjisinin yazdırdığı ölümsüz sözlər deyildimi o qədər zamandan sonra Gülhanə Parkında onu duyğu-duyğu, misra-misra, söz-söz xatırladan, əbədiyyət üçün qoruyan?! Qəlbinin tappıltısı ürəyimin ritminə uyğunlaşıb. İçimdəki ümidsizliyin qatili olub getməyə israrlıdır bu qısacıq görüşümüzdə:

- Sende, ben, imkansızlığı seviyorum,
Fakat  asla ümitsizliği değil...

Gözlərim yaşlı, illərin yorğunu kimi taqətsiz qalxıram. Daha doğrusu, o, çiyinlərimdən tutub qaldırır. "Səndən sonra necə yaşayacağam?" deyərcəsinə baxıram. Susur, gözlərinin yaşarmasını görməyim deyə son dəfə sarılır. Yalnız mənim eşidəcəyim tərzdə  pıçıldayır:

- Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın
                        bir sincap gibi mesela,
yani, yaşamanın dışında ve ötesinde
hiçbir şey beklemeden,
 yani bütün işin-gücün yaşamak olacak.
...insanlar için öle bileceksin,
hem de yüzünü bile görmediğin insanlar için,
hem de hiç kimse seni buna zorlamamışken,
hem de en güzel, en gerçek şeyin
yaşamak olduğunu bildiğin halde...

Və qəfildən məni buraxıb gəldiyi sürətlə də ceviz ağaclarının arxasında gözdən itir. Sanki heç olmayıbmış kimi. Amma bununla belə, hiss edirdim ki, Gülhanənin qələbəliyində hamı onun orada olmasının fərqindəydi...

Başımı qaldırıb masmavi, günəşli göyə baxıram. Bütün ruhumu izaholunmaz məsudluq hissi qaplayır: "Ne güzel şey hatırlamak seni..."

 





03.03.2021    çap et  çap et