525.Az

Türkiyədə bu gün koronavirusdan 65 nəfər vəfat edib


 

Türkiyədə bu gün koronavirusdan 65 nəfər vəfat edib<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 65 nəfər vəfat edib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 520   nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7 191, ağır xəstələr isə 1224 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 734 836 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 593 264 nəfər sağalıb, 28 771 nəfər isə həyatını itirib.

 

 





03.03.2021    çap et  çap et