525.Az

Ermənistanın müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açıldı


 

Ermənistanın müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açıldı<b style="color:red"></b>

Ermənistanın İstintaq Komitəsi müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb.

525.az APA-ya istinadən xəbər verir ki, Manukyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürülüb.

Bildirilib ki, Vazgen Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq Meydanında baş tutan mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib.

Qeyd olunub ki, müxalif liderinə üç ilə qədər həbs cəzası verilə bilər.

 





03.03.2021    çap et  çap et