525.Az

Əfv Komissiyasında 650-dən çox müraciətə baxılıb - Yenilənib


 

Əfv Komissiyasında 650-dən çox müraciətə baxılıb - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının bu gün növbəti iclası keçirilib.

525.az-ın xəbərinə görə, bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

R. Məcid bildirib ki, komissiyanın iclası tam tərkibdə baş tutub:

“Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 6-da keçiriləcək”. 

Qeyd edək ki, indiyədək komissiya 650-dən çox müraciətə baxıb.

*** 09:29

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

525.az-ın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 550-dən artıq müraciətə baxıb.

 





04.03.2021    çap et  çap et