525.Az

Bakıda Əlişir Nəvayinin kitabı nəşr olundu


 

Bakıda Əlişir Nəvayinin kitabı nəşr olundu<b style="color:red"></b> Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvayinin əsərləri bütün dünyada, o cümlədən qardaş Azərbaycanda çox sevilir. Burada müxtəlif illərdə dahi sənətkarın ölməz əsərləri tərcümə və nəşr olunub.

Ötən ay Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda böyük mütəfıkkirin 580 illik yubileyi münasibətilə beynəlxalq onlayn elmi konfrans keçirilmiş, mətbuatda yazılar dərc edilib.

525.az xəbər verir ki, bugünlərdə isə Bakıda Əlişir Nəvayinin məşhur “Məhbub ül-qülub” əsəri işıq üzü görmüşdür.  Kitabı Azərbaycan dilinə tanınmış alim, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri professor Ramiz Əskər çevirib.

Dünya və Şərq ədəbiyyatının məşhur “Kəlilə və Dimnə”, “Bustan”, “Gülüstan”, “Qabusnamə”, “Qutadğu bilik” kimi didaktik inciləri ilə yanaşı duran bu əsər Nəvayi humanizminin zirvəsidir. Türkoloq-alim nəşrə geniş önsöz yazmış, bu misilsiz əsərin məziyyətlərini açıb göstərib.

“Məhbub ül-qülub”  Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu elmi şurasının qərarı ilə nəşr olunub. Ramiz Əskər ötən il Əlişir Nəvayinin xəmsəsinin tərcüməsini başa çatdırıb, “Əlişir Nəvayi və onun xəmsəsi”, “Özbək ədəbiyyatı tədqiqatları” adlı iki kitab yazıb. Özbək ədəbiyyatı qarşısında xidmətlərinə görə alim Babur adına büynəlxalq mükafata layiq görülmüş, Nəvayi şəhərinin fəxri vətəndaşı seçilib.

 





04.03.2021    çap et  çap et