525.Az

Çörçilin müəllifi olduğu rəsm əsəri fantastik qiymətə satıldı


 

Çörçilin müəllifi olduğu rəsm əsəri fantastik qiymətə satıldı <b style="color:red"></b>

Müəllifi Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçil olan və  amerikalı aktrisa Ancelina Coliyə məxsus rəsm əsəri Londondakı bir hərracda 7 milyon funt sterlinqə satılıb.

525.az xəbər verir ki, rəsmi alan şəxsin və ya qurumun adı açıqlanmayıb. Tablo “Christie's“ Auksion Evində təşkil edilən hərracda təxmin ediləndən dörd qat çox alıcı cəlb edib. Tablonun komissiya haqqı ilə, ümumi satış qiyməti 8 milyon 285 min funt sterlinq olub.

“Əl-Kutubiyyə məscidinin minarəsi” adlı əsər Baş nazir ərəfindən İkinci Dünya müharibəsi illərində çəkilmiş yeganə rəsmdir. Əsər 1943-cü ildə Çörçil tərəfindən kətana köçürülüb və ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edilib. Coli isə əsəri 2011-ci ildə satın alıb.
 
Qeyd edək ki, Uinston Çörçilin rəsmləri əvvəllər maksimum 1,8 milyon funt sterlinqə satılıb.

El Roman

 





04.03.2021    çap et  çap et