525.Az

Rusiyada son sutkada COVID-19-dan 475 nəfər ölüb


 

Rusiyada son sutkada COVID-19-dan 475 nəfər ölüb<b style="color:red"></b>

Rusiyada son sutka ərzində daha 11 385 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

525 APA-ya istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 290 135 nəfərə çatıb.

Son sutka ərzində 475 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 87 823 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

 





04.03.2021    çap et  çap et