525.Az

Türkiyəyə səfər edənlərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb


 

Türkiyəyə səfər edənlərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb<b style="color:red"></b>

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyəyə quru, dəniz və hava yolu ilə səfər edəcək şəxslərdən son 72 saat ərzində götürülmüş neqativ SARS-CoV-2 PCR testi ilə bağlı tələbin müddəti uzadılıb.

525.az APA-ya istinadən xəbər verir ki, müddət 15 aprel 2021-ci il tarixinədək uzadılıb.

Bildirilib ki, neqativ test təqdim edə bilməyənlərə tətbiq ediləcək karantin şərtləri də qüvvədə qalıb.

 





04.03.2021    çap et  çap et