525.Az

“Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi”


 

“Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi”<b style="color:red"></b>

Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib.

O qeyd edib ki, Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb.

“Qarabağda təhlükəsizlik və sabitliyin bərpasına yardım etməliyik”.

“30 illik işğaldan qalan dağıntıları birlikdə aradan qaldırmalıyıq. Bu müddətdə təşkilat olaraq Azərbaycanla tam həmrəylik nümayiş etdirəcəyimizə inanıram”, - deyə o vurğulayıb.

“Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid edirik”.

“Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”, - deyə Ərdoğan qeyd edib.

 





04.03.2021    çap et  çap et