525.Az

“Qrom-2”nin unudulmuş döyüşçüsü, yaxud ilk şəhidimizi necə dəfn etdik


 

“Qrom-2”nin unudulmuş döyüşçüsü, yaxud ilk şəhidimizi necə dəfn etdik<b style="color:red"></b>

Kəşfiyyatçının xatirələri

İkinci yazı

Qarabağ müharibəsinin gerçək hekayətlərini kəşfiyyatçı Rey Kərimoğlu yazır

Bakıda mitinqlər başlayır... Dağlıq Qarabağdan ilk azərbaycanlı köçkünlər gəlir. Ermənilər əvvəlcə azərbaycanlıların evlərini, avtomobillərini, sərnişin avtobuslarını sonra isə özlərini daşa basmağa başlayırlar. Ardınca soyuq silahla, odlu silahla insanlara hücumlar olur... Yaralananların, ölənlərin sayı durmadan artır, azərbaycanlıların evləri yandırılır, özləri qətlə yetirilir.

Dövlət öz vətəndaşlarını erməni hücumlarından qorumağa çalışırdı, amma çox zaman bu missiyanı uğurla həyata keçirməkdə aciz qalırdı... Yerli əhali əli yabalı, dəhrəli kəndlərini qorumağa başladı. Azərbaycan Xalq Cəbhəsi (AXC) yarandı

Bundan sonra kəndlərimizin müdafiəsi bir qədər sistemli şəkildə təşkil edildi. Sonra başımıza gələn faciələr sıralandı. Nəhayət, 1991-ci ildə nizami ordusuz keçinməyin mümkünsüz olduğunu anladıq. AXC Ağdam rayon şöbəsinin rəhbəri Eldar Bağırov (31 oktyabr 1991-ci ildə Bakıda müəmmalı şəkildə qətlə yetirildiR.K) başda olmaqla cəbhənin rəhbərliyinin dəvəti ilə Şirin Vəli oğlu Mirzəyev avqustun sonlarında Ağdama gəldi. Onu mən ilk dəfə sentyabrın əvvəlində öz kəndimizdəŞıxbabalıda gördüm. Sona qədər ona sadiq qalan Kərim Cəlilov Telman Bağırov onu müşayiət edirdi. Ş.Mirzəyev kənd-kənd gəzib, yeni yaradılacaq Azərbaycan Milli Ordusuna ilk könüllü əsgərləri toplayırdılar.

Ağdamın Mərzili, Abdal-Gülablı, Şıxbabalı-Muğanlı, Şelli, Əhmədavar-Çuxur Məhlə, Əlağalı, Cinli, Qalayçılar, Papravənd kəndləri erməni hədəfində olan kəndlər idi. Ermənilərin tez-tez bu kəndlərə silahlı basqınları olurdu. Şirin Mirzəyev öz yaxın adamları ilə bu kəndlərə səfər edib, könüllülər toplayırdı. Bu kəndlərin ən mərd, dəliqanlı, qoçaq oğlanları qoşulurdu könüllü dəstələrə. Mənim orduya yazılmağım da bu dövrə təsadüf edir.

Əvvəllər könüllülər mülki paltarda olurdular. İlk toplantılarımızın birində rəhmətlik general Valeh Bərşadlı da iştirak edirdi. İlk dəfə V.Bərşadlını Ağdam rayonun 50 saylı texniki peşə məktəbinin futbol meydançasında gördüm. Onunordu yaratmağa vaxt lazımdır, vaxtımız isə yoxdur! Bu könüllülərə təlimlər keçmək lazımdır, hələliklopatkaverin, səngər qazmağı öyrənsinlərtapşırığına ilk etiraz edənlərdən biri mən oldum. Düşünürdük ki, erməni gəlib kəndlərimizi yandırıb, insanlarımız qətlə yetirdiyi bir zamanda bizim səngər qazmağı öyrənməyimiz, sadəcə, vaxt itkisidir. Amma general halıq idi... Sentyabrın sonunda bizə hərbi geyim verdilər. Ağdamın Xaçın-Qərvənd kəndində sürücülük məktəbinin bazasında taborumuzun qərargahı yerləşirdi. Bu qərargahda təlimlər keçir, burdan döyüşlərə, kəşfiyyata yollanırdıq.

O vaxt bizim könüllülər taboruna yazılmaq üçün xeyli müraciətlər olurdu. Təxminən mindən artıq insan müraciət etmişdi. Hamı döyüşmək, torpaqlarımızın müdafiəsində yaxından iştirak etmək istəyirdi. Amma Ş.Mirzəyev onlardan yalnız 520 ya da 530-nu ilk yaratdığı hərbi hissəyə qəbul etdi. Kəndlərdən yığılan könüllülərdən təşkil edilmiş bölüklərin öz adı var idi. Hər bölük könüllülər toplanmış kəndin adı ilə adlanırdı. Ağdamın Seyidli kəndindən gəlmiş könüllülərin dəstəsiSeyidli rotası”, Xıdırlıdan gəlmiş könüllülərin bölüyüXıdırlı rotası”, Qiyaslı kəndindən gəlmiş əsgərlərQiyaslı rotası s. adlanırdı.

İlk dəfə bizə hərbi forma ağdamlı, o zamanlarda SSRİ Ali Sovetinin deputatı rəhmətlik Xuraman Abbasovanın maliyyə dəstəyi ilə alınmışdı. Formanı alandan sonra təlimlər başladı. İlk şəhidimizi Xoramurt kəndində verdik. Həmin döyüşdə Xıdırlı rotasından Elbrus Hacıyev şəhid oldu. Onu Xıdırlıda hərbi qaydalara uyğun dəfn elədik

lll

ZƏRURİ QEYD: Lent.az-da birinci yazı yayılandan sonra keçmiş döyüşçülərdən məni tanıyan insanlardan dəstək yönlü xeyli zənglər gəldi. Onlardan biri 19 ildir Sankt-Peterburq şəhərində yaşadığından üzünü görmədiyim Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin Xıdırlı rotasının komandiri Elbrus Mustafayev idi. Elbrus dedi ki, Bakıdadır, mənimlə görüşmək istəyir sürprizi var. Görüşdük. Azərbaycan Milli Ordusunun ilk şəhidi E.Hacıyevin 1991-ci il dekabrın 13- dəfn mərasimində çəkilmiş videolenti mənə təqdim etdi. Lent köhnədir, adi kamera ilə çəkilib, amma fakt tarix baxımından çox dəyərli unikal kadrlar var orada. Xeyli insanın qatıldığı dəfn mərasimində, şəhidin məzarı başında üçrəngli Azərbaycan bayrağı tutulub. Rayonun kəndin ağsaqqalları, aktivləri, Xıdırlı rotasının komandiri Elbrus Mustafayev Şirin Mirzəyev çıxış edirlər. O kadrlardakı əsgərlərin bir qismi sonrakı döyüşlərdə qəhrəmancasına şəhid oldutəkcə Ağdamın Xıdırlı kəndindən Qarabağ savaşında 40 döyüşçümüz canını vətən uğurunda qurban verib. Bir qismi ağır yaralanıb, gözlərini, əllərini, ayaqlarını digər bədən üzvlərini itirənlər oldu. Eləsi oldu ki, ömürlük yataq xəstəsinə çevrildi. Xatirə yazılarımın gələcək hissələrində adları çəkilən döyüşçü dostlarım da var o kadrlarda. Lent.az-da təqdim etdiyimiz bu kadrlara yaxşı olar ki, özünüz baxasınız...

lll

Ondan sonra müdafiə xarakterli digər döyüşlərə qatıldıq... Ağdərə, Əsgəran, Xocavənd döyüşlərində iştirak edirdik. Silahımız çatmırdı. 520-dən artıq əsgərin əvvəlcə cəmi 96 avtomatı var idi. Kalaşnikov markalı, 5-45 kalibrli təptəzə avtomatlar paylanmışdı bizə. Bizim Şıxbabalı-Muğanlı rotasına isə cəmi 5, ya da 7 avtomat düşmüşdü. Şıxbabalıdan ilk avtomatlar mənə, Həsənov Ramizə, Nəsirov Nailə (hər ikisi sonrakı döyüşlərdə ağır yaralanıdıR.K.) Rəhimov Valehə verildi. Əsas əməliyyatlara silahı olan əsgərlər gedirdi.

Könüllülər əməliyyata getməyəndə küsüb-inciyirdilər. Heç kəs avtomatını başqasına verməyi qəbul eləmirdi. Avtomatı olanlar qəbul eləmirdi silahı başqasına verib əməliyyata göndərməyi. Çox nadir hallarda avtomatını başqasına verib, döyüşə getməyən döyüşçü olurdu. Mən avtomatımı heç vaxt heç kəsə vermədim. Bizim könüllü batalyonumuz Ağdamın ermənilərlə həmsərhəd kəndləri ilə yanaşı başqa rayonlarda da ezamiyyətlərdə olub, o rayonlarınAğdərə, Xocavənd rayonlarının kəndlərinin mühafizəsini təşkil edirdi...

Qrom 2”-nin unudulmuş onuncusu

Oktyabrdan artıq kazarma sisteminə keçmişdik... Xaçındərbənddəki sürücülük məktəbində yerləşəsi oldu bizim batalyonumuz. Sürücülük məktəbi hər iki tərəfdən dağlarla əhatə olunmuş, Xaçın çayının sol sahilində, Xaçın su anbarının yaxınlığında idi. Məktəbin həyətində çoxlu hündür şam ağacları var idi. Sonralar əsgərlərimiz o ağacların kölgəsindəcə dincələcək, ata-analarına, bacı-qardaşlarına, həyat yoldaşlarına, nişanlılarına, sevgililərinə məktublar yazacaqlar... İlk döyüş yoldaşlarımızla dostlaşmağımızın, batalyonda çalışan çox az sayda qızlarla əsgərlərin bəzən nakam, bəzən isə uğurlu sevgi hekayələrinin şahidi olduq burada...

Nizamlı ordu yaradılırdıAzərbaycanın Milli Ordusu! Bu orduda bütün hərbi qayda-qanunlara maksimum əməl edilməyə çalışırdıq. Şirin Mirzəyev təlimlərdə, müdafiə xarakterli, kiçik əməliyyatlarda fərqlənən uşaqlardan (Uşaqlara bax e! Elə əsgər var idi 50, eləsi var idi 65-70 yaşındaydıR.K.) ibarət hər biri 10 nəfər olmaqlaQromadlı 3 xüsusi döyüş dəstəsi yaratdı – “Qrom 1”, “Qrom 2”, “Qrom 3”

Qromdan söz düşmüşkən, mütləq deməliyəm ki, bu xüsusi qruplar çox yaxşı döyüşürdülər. Şirin Mirzəyev bu qrupun əsgərlərini ən ağır nöqtələrə döyüşün həlledici anında cəlb edirdi. döyüşün nəticəsi mütləq bizim xeyrimizə dəyişirdi.

Yaddaşımı yoxlayım, görüm heç olmasa bizimQrom 2”-nin əsgərlərinin hamısının adını birnəfəsə xatırlaya bilirəmmi? Sağ əlimin barmaqlarını qatlaya-qatlaya sayıram: Baxşeyiş Hətəmov, (Əliağalı kəndindənsonra ağır yaralandı, “Azərbaycan bayrağıordeni ilə təltif olunub, indiAğdamqəzetinin baş redaktorudur), Elbrus Allahverdiyev (Əlimədətli kəndindən), Xanlar Hacıyev (Əliağalı kəndindən), Ramiz Həsənov, Nail Nəsirov (Şıxbabalıdandılarhər ikisi ağır yaralandı). Sonra keçirəm sol əlimin barmaqlarına; Etibar, Rəhman (Muğanlı kəndindənsoyadların dəqiq bilmirəm). Ardı gəlmir! Birnəfəsə 8-nin adını çəkdim. Digər iki nəfəri isə artıq unutmuşam... Əlim qeyri-ixtiyarı cib telefonuna uzanır, Baxşeyişə zəng edib, yuxarıdakı adları ona deyirəm onun da yaddaşını yoxlayıram:

Qaqa, “Qrom2”-nin uşaqlarından ikisinin adını unutmuşam, kimi unutmuşam axı?

Nurələmi! Nurələm Şükürovu unutmusan, dədə! O da sonra şəhid oldu! Əliağalı kəndindən idi, ölümündən sonraHərbi xidmətəgörə medalı ilə təltif edilib.

Onuncunu heç Baxşeyiş xatırlamadı... Amma dedi ki, tapacaq

Təəssüf ki, digərQromqruplarında olan heç kəsin adını xatırlamıram. İndi o uşaqların çoxunun sifətini unutmuşam. Üstündən 20 il keçib, bir çox məqamlar artıq unudulur mən bu xatirəni yaddaşıma güvənərək, yaddaşımın pozulan vərəqlərini yenidən təzələyərək oxumağa çalışıram...

lent.az

 





18.10.2012    çap et  çap et