525.Az

Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb - Yenilənib


 

Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb - <b style="color:red">Yenilənib</b>

Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

525.az-ın Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.

Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.

***

Saat 19:28

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb.Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

 

 





04.03.2021    çap et  çap et