525.Az

Tarixdə ilk — Papa İraqa gedir


 

Tarixdə ilk — Papa İraqa gedir <b style="color:red"></b>

Vatikan sözçüsü Matteo Bruni, katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin İraqa ilk ziyarət edən Papa olacağını söyləyib.

525.az xəbər verir ki, Bruni bu haqda jurnalistlərə mətbuat konfransı zamanı məlumat verib. O, Papanın 2019-cu ilin noyabr ayında Tayland və Yaponiyaya etdiyi səfərlərindən sonra koronavirus epidemiyası səbəbilə 2020-ci ildə xarici səfərlərini ləğv etdiyini xatırladıb:

"Təxminən 16 aydır pandemiya səbəbindən xarici səfərlər həyata keçirilmir. Bu, Papanın 33-cü xarici səfəri olacaq. Tarixdə ilk dəfə bir Papa İraqa gedir. Eyni zamanda o, ilk dəfə olaraq əhalisinin çoxunun şiələr olduğu bir ölkəyə gedir. Qardaşlıq və ümid. Bu iki söz Papanın İraq ziyarətini ümumiləşdirməyimizə kömək edə bilər".

Səyahət 5-8 mart tarixlərini əhatə edəcək. 
 
El Roman

 





04.03.2021    çap et  çap et