525.Az

Ceyhun Bayramov helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı ünvanladı


 

Ceyhun Bayramov helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı ünvanladı<b style="color:red"></b>

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 9 nəfərin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı başsağlığı verib.

525.az xəbər verir ki, bununla bağlı nazir özünün "Twitter" səhifəsində yazıb:

"Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan 9 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.

Başın sağ olsun, qardaş Türkiyə!"

 





04.03.2021    çap et  çap et