525.Az

İnsan alverçilərinin Cibuti sahillərində dənizə atdıqları 20 nəfər boğularaq ölüb


 

İnsan alverçilərinin Cibuti sahillərində dənizə atdıqları 20 nəfər boğularaq ölüb<b style="color:red"></b>

Cibutinin Obok şəhəri sahillərində qanunsuz miqrantları Yəmən sahillərinə daşıyan qayıqdan dənizə atılan 20 nəfər boğularaq ölüb.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məlumatı Beynəlxalq Miqrasiya Təşkilatının Afrika və Sahil regionu üzrə nümayəndəsi Məhəmməd Abdiker jurnalistlərə müsahibəsində verib.

Təşkilatın nümayəndəsi bildirib ki, Yəmən vasitəsilə Afrika ölkələrindən Körfəz ölkələrinə yollanan 80 qanunsuz miqrant insan alverçiləri tərəfindən dənizə atılıb. Onlardan 20-sinin cəsədləri çıxarılıb. Bu, son altı ayda Afrika sahillərində baş verən üçüncü faciədir. Ümumilikdə 70 nəfər insan alverçilərinin qurbanı olub.

 





04.03.2021    çap et  çap et