Böyük Britaniyada son sutka ərzində 6573 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 201 358 nəfərə çatıb.
525.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 242 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 124 025 nəfərə çatıb.