Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası yaradılıb.
525..az xəbər verir ki, bu barədə qərar YAP-ın bu gün keçirilən növbədənkənar VII qurultayında qəbul edilib. Şura üzvlərinin sayı 35 nəfərdir.
Qurultayda Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib.
***
Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən iclasında partiyanın Siyasi Şurası ləğv edilib.
525.az xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov məlumat verib.
O bildirib ki, ilk dəfə olaraq partiyanın Veteranlar Şurası yaradılıb.