525.Az

Ermənistan Avroviziya 2021-dən imtina etdi


 

Ermənistan Avroviziya 2021-dən imtina etdi<b style="color:red"></b>

Ermənistanın ictimai yayım şirkəti olan AMPTV bu il təşkil ediləcək Avroviziya yarışmasında iştirakdan geri çəkildiklərini açıqlayıb.
 
525.az xəbər verir ki, şirkət, ölkəsinin bu ilki tədbirdə iştirakının təsdiqlənməsinə baxmayaraq, sonradan baş verən hadisələr bu ayın sonuna qədər girişin təşkil edilməsinin mümkünsüz etdiyini söyləyib.
 
AMPTV belə deyib:
 
"Diqqətli və detallı müzakirələrdən sonra, Ermənistanın İctimai Televiziya Şirkəti son hadisələri, istehsal vaxtının qısalığını və Avroviziya 2021-də Ermənistanın düzgün iştirakını təmin edən digər obyektiv səbəbləri nəzərə alaraq  beynəlxalq mahnı yarışmasından imtina etməyə qərar verib".
 
Avroviziya Mahnı Yarışmasının İcraçı direktoru Martin Österdahl isə Ermənistanın bu il yarışmaya qatılmayacağına təəssüfləndiyini bildirib:

“AYB (Avropa Yayım Birliyi) ictimaiyyəti "AMPTV"nin iştirak etməkdən imtina etmək qərarına görə çox təəssüflənir. Onların geri çəkilməsinin səbəblərini başa düşürük və Rotterdamdakı çalışqan heyətləri üçün darıxacağıq. 2022-ci ildə Ermənistanı yenidən qarşılayacağımıza ümid edirik”.

Aytac Aslan

 





05.03.2021    çap et  çap et