525.Az

“Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr olunub


 

“Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr olunub<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə    “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı monoqrafiya ingilis və rus dillərində işıq üzü görüb.

525.az xəbər verir ki, kitabın nəşri Fond tərəfindən həyata keçirilən, “Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində“ adlı genişmiqyaslı beynəlxalq layihənin ilkin hissəsidir. 

Kitab qədim dövrdən başlayaraq son orta əsrlərə qədər İpək Yolu ilə bağlı Azərbaycan tarixinin tədqiqinə dair ilk ümumiləşdirici akademik nəşrdir. Əsərdə e.ə. II - e. XVI yüzilliklərində, yəni təqribən 1700 illik tarixi dövrdə, Azərbaycan ərazisindən keçən beynəlxalq quru və dəniz ticarət yollarının ölkənin siyasi, iqtisadi və mədəni inkişafına təsiri, eləcə də İpək Yolu boyunca baş vermiş qlobal mədəni mübadilədə Azərbaycanın rolu araşdılmışdır. Əsər çoxsaylı tarixi, arxeoloji və müxtəlif dilli yazılı mənbələr əsasında hazırlanıb.

Kitabın ideya ve ön söz müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Əsərin hazırlanmasında tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şahin Mustafayevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, memarlıq üzrə elmlər doktoru, professor, Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev iştirak etmişdir. 
Kitabın Azərbaycan dilində də nəşri planlaşdırılır.

 





05.03.2021    çap et  çap et