525.Az

Mehriban Əliyeva YAP sədrinin I müavini təyin olundu


 

Mehriban Əliyeva YAP sədrinin I müavini təyin olundu<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının Sədr müavinləri təyin olunub.

Partiyanın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin əmri ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Qeyd edək ki, Partiyanın VI qurultayına qədər partiyanın sədr müavinləri Mehriban Əliyeva, Əli Əhmədov, Əli Həsənov və Akif Əlizadə olub.

 

 





05.03.2021    çap et  çap et