525.Az

"Bu gün səndən danışmaq..." - Şəbnəm Abdullayevadan üç şeir


 

"Bu gün səndən danışmaq..." - <b style="color:red">Şəbnəm Abdullayevadan üç şeir</b>

Köç

Gözlər gözlərə baxar, susaraq köçər,
"Vaxt gəlmişdir" -deyə qışqırar dağlar.
Gedər, keçmişə baxmadan,  gedər,
Nə əl yelləyənə baxar, nə qışqıranı eşidər.
Köçər, sadəcə köçər.

Köçmək getmək deyil,
getmək unutmaqdır.
Ömür böyüklüyündə anı,
Ürək ağırlığında yük köçər.
Asta-asta yeriyir, astaca köçər,
Köçər, sadəcə köçər.

Ayaq yola dəyəndə,
İki insan biri-birinə ağır gələndə,
Köçər,
söz dalaşına yadlar qarışmadan köçər.
Beləcə qulağına pıçıldayar,
Köçər, sadəcə köçər.

Köçər, susub köçər,
dayanıb köçər, yeriyib köçər.
Qalan  öldürüb unudar,
Öldürən geridə qalıb,
yaşadan köçər.

Gözləmək...

Gözləmək, insanı
Bir taleyə hirslənər,
Bir qəlbi qırar,
Özündən küsər kimi,
İçində bir şeylər qanayar kimi,
Heç ölməyəcəkmiş kimi,
Heç bir şey olmamış kimi yaşadır.

Gözləmək, insanı
Bir yaranı deşər,
Bir sərçəni vurar,
Bir çiçəyi qoparar kimi,
İçində bir şey qopar kimi,
İki ili dünənmiş kimi yaşadır.

Gözləmək yaşadır insanı:
Vicdan əzabına qatlanmış,
İçində bir şey ağlarmış,
Heç ölməyəcəkmiş kimi yaşadır.

Bu gün səndən danışmaq...

Bu gün səndən danışmaq
Biraz çətin, biraz vurğun kimi
Bütün gücümlə qaçıb
Ovcundan düşmək kimi
Mənim sənə möhtaclığım
Bu gün biraz getmək kimi
Biraz itirmək
Bəlkə də qopmaq kimi

Bu gün səndən danışmaq
Bir parça isti dəmir kimi
Səslər dilimdə yanarkən
Səssiz, sənsiz sənə baxmaq kimi
Mənim sənə möhtaclığım
Biraz heçlik kimi
Biraz yoxluq kimi
Bəlkə də... bəlkə də məhrumiyyət kimi

Bu gün səndən danışmaq
Biraz qürbət, biraz soyuq
Yağış altında gəzərkən
Gücsüzləşmək kimi
Mənim sənə möhtaclığım
Bu gün biraz may kimi
Bir parça atəş
Bəlkə də yanğın kimi.

Şəbnəm ABDULLAYEVA

 





05.03.2021    çap et  çap et