525.Az

Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı məşğələlər keçirilir - Video


 

Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı məşğələlər keçirilir - <b style="color:red">Video</b>

Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, məşğələlərdə zirehli texnikaların ekipajlarının piyadaların döyüş maşınlarını və zirehli transportyorları idarəetmə vərdişləri təkmilləşdirilir.

Zirehli texnikalar üzrə bilikləri yoxlanılan heyətlər döyüş texnikalarının silahlarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edirlər.

Hazırda təlim mərkəzi və poliqonlarda piyadaların döyüş maşınlarının və zirehli transportyorların ekipajlarının yerinə yetirdiyi tapşırıqların icra vəziyyətinin qiymətləndirildiyi məşğələlər davam edir.

 





05.03.2021    çap et  çap et