525.Az

"Qonağım ol"un növbəti qonağı Xülya Cəfərova oldu - Foto


 

"Qonağım ol"un növbəti qonağı Xülya Cəfərova oldu - <b style="color:red">Foto</b> Respublika Uşaq Kitabxanasının karantin dövründə həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı gənc yazar Xülya Cəfərova ilə oxucular arasında virtual görüş keçirildi.

525.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, müəlliflərin yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara daha da sevdirmək və oxu vərdişlərini artırmaqdır.

Görüş çərçivəsində, yazar kitabları haqqında ətraflı məlumat verdi, eyni zamanda canlı yayıma qoşulan izləyicilərin “ Pedaqoqluqla yazıçılıq arasında duran körpünün təməlini sizə görə nə təşkil edir?”, “Oxucu marağı yoxsa yazıçı təxəyyülü?”, “Uşaqlarda oxu vərdişini stimullaşdırmaq üçün valideynlərə nələri tövsiyə edərdiniz?” kimi bir çox maraqlı sualları cavablandırdı. Həmçinin, izləyicilərə “Külək” trilogiyasına daxil olan üçüncü kitabını qısa zamanda oxuculara təqdim edəcəyinin də müjdəsini verdi.

Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşdı.

 





05.03.2021    çap et  çap et