525.Az

Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salındı


 

Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salındı<b style="color:red"></b>

Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Türkmənistanın Türkmənbaşı limanına, oradan Azərbaycan paytaxtına, daha sonra isə Bakı-Tbilisi- Qars dəmir yolu vasitəsilə Türkiyənin İskəndərun şəhərinə 10 konteyner yola salınıb.

525.az AZƏRTAC-a istinadla xəbər verir ki, qədim Buxara şəhərindən Türkiyənin Mərsin şəhərinə daha 30 konteyner göndərilib.

Bildirilir ki, Buxaradan 15 konteyner həmin dəhliz vasitəsilə Gürcüstana, oradan isə Qara dəniz limanları vasitəsilə Bolqarıstana çatdırılacaq.

Materialda vurğulanır ki, Özbəkistandan 17 konteyner isə Azərbaycanın Hacıqabul dəmiryol stansiyasına yola salınıb.

Yaxın vaxtlarda Özbəkistandan bu dəhliz vasitəsilə Türkiyə və Avropaya 56 konteynerin göndərilməsi nəzərdə tutulur.

 





05.03.2021    çap et  çap et