525.Az

Prezident Tofiq Nağıyevi “Şərəf” ordeni ilə təltif etdi


 

Prezident Tofiq Nağıyevi “Şərəf” ordeni ilə təltif etdi<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Nağıyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Tofiq Murtuza oğlu Nağıyev “Şərəf” ordeni ilə təltif edilsin".

 

 





05.03.2021    çap et  çap et