525.Az

Türkiyədə bu gün koronavirusdan 62 nəfər vəfat edib


 

Türkiyədə bu gün koronavirusdan 62 nəfər vəfat edib<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 62 nəfər vəfat edib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 302  nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7 711, ağır xəstələr isə 1232 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 757 460 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 68 848 nəfər sağalıb, 28 901 nəfər isə həyatını itirib.

 





05.03.2021    çap et  çap et