525.Az

İlham Əliyev bir qrup qadını təltif edib


 

İlham Əliyev bir qrup qadını təltif edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Bənənyarlı Səadət İzzət qızı

Cəfərova Novella Cəfər qızı

Qocamanlı Səltənət Məmməd qızı

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayeva Zenfira Hüseyn qızı

Məmmədova Firuzə Nurəddin qızı

Mirzəzadə Rəna Rza qızı

“Tərəqqi” medalı ilə

Hüseynova Gülnarə Alxas qızı

Qənbərova Gülbəniz Rəşid qızı

Quliyeva Ülkər Hüseyn qızı

Məmmədova Nəzakət Hüseynağa qızı

Nəsibova Nəcibə Məmməd qızı

Vəliyeva Fəridə Talıb qızı”.

 





06.03.2021    çap et  çap et