İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vaksinasiyasına start verilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 525.az-a verilən məlumata görə, ilk gündə 100 sərhədçinin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları təşkil edilib.
COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusunun vaksinasiya olunduğu qeyd edilib.