525.Az

“Birlik” Turniri keçiriləcək


 

“Birlik” Turniri keçiriləcək<b style="color:red"></b>

“İrəli” İctimai Birliyi ölkəmizdə gənclər arasında 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə olan fərqindəliyi artırmaq, Gənclər Təşkilatları arasındakı əlaqələri inkişaf etdirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq məqsədilə futbol üzrə "Birlik Turniri" həyata keçirəcək.

525.az xəbər verir ki, turnirin keçirilmə məqsədi insanları, xüsusilə də futbola həvəsi olan bacarıqlı gəncləri aktiv və idmanlı günlərə geri qaytarmaq, koronavirusun ölkə üzrə statistikalarındakı azalmanın yaratdığı imkandan mümkün qədər çox yararlanmaq, gəncləri dinamik həyat tərzinə kökləməkdir.

Karantin qaydalarına uyğun şəkildə həyata keçiriləcək turnirdə respublikamızda fəaliyyət göstərən aparıcı Gənclər Təşkilatlarını təmsil edən 10 nəfərdən ibarət 8 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Turnirin sonunda ilk 3 yerin sahibi şəhadətnamə, kubok və hədiyyələrlə mükafatlandırılacaq.

Turnirin keçiriləcəyi vaxt və digər detallar yaxın günlərdə açıqlanacaq.

 





06.03.2021    çap et  çap et