525.Az

Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapıldı


 

Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapıldı<b style="color:red"></b>

Ağdaş rayonunda itkin düşən 2 yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan 2 yaşlı övladının itkin düşdüyünü bildirib.

Polis tərəfindən keçirilən tədbirlər zamanı azyaşlı axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılaraq ailəsinə təhvil verilib.

 





06.03.2021    çap et  çap et