525.Az

QHT-lər ilk dəfə Ombudsmanın məruzəsinin müzakirəsinə dəvət edilib


 

QHT-lər ilk dəfə Ombudsmanın məruzəsinin müzakirəsinə dəvət edilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsi komitəyə daxil olub və martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.

525.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, 2020-ci ildə Ombudsman Aparatı tərəfindən görülən işlər, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də digər məsələlər məruzədə əksini tapıb:

“Müzakirələrdə insan haqları sahəsində ixtisaslaşan QHT-lərin təmsilçiləri də iştirak edəcəklər”.

Qeyd edək ki, parlamentdə Ombudsmanın məruzəsinin müzakirəsinə QHT təmsilçiləri ilk dəfədir dəvət edilir.

 





06.03.2021    çap et  çap et