525.Az

Britaniya kraliçası II Elizabet öz şəxsi təyyarələrindən məhrum olacaq


 

Britaniya kraliçası II Elizabet öz şəxsi təyyarələrindən məhrum olacaq<b style="color:red"></b>

Böyük Britaniya kraliçası II Elizabet daha özünün xüsusi təyyarələrindən istifadə edə bilməyəcək və bundan sonra Baş nazirin təyyarəsindən istifadə etməli olacaq.

525.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

“1980-ci illərdən bəri kral ailəsinin istifadəsində olan təyyarələr gələn ildən etibarən Hərbi Hava Qüvvələrinin tərkibindən çıarılacaq və kraliça öz hökmranlığı dövründə ilk dəfə şəxsi təyyarəsiz qalacaq”, - deyə yazıb.

Qərarın müdafiə xərclərinin azaldılması səbəbindən verildiyi bildirilir.

Qeyd edək ki, kral ailəsi indiyədək dörd BAE-146 regional təyyarədən və AW-109 helikopterindən istifadə edib. Ancaq həmin helikopter bundan sonra da kraliçaya xidmət edəcək.

 





06.03.2021    çap et  çap et