525.Az

Bakıda daha bir məktəbin dam örtüyü uçub


 

Bakıda daha bir məktəbin dam örtüyü uçub<b style="color:red"></b> Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

525.az-a Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

 





07.03.2021    çap et  çap et