525.Az

Daha 403 nəfərdə koronavirus aşkarlandı: 127 sağalan, 3 ölən var


 

Daha 403 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">127 sağalan, 3 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb,  127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 768  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718  nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, aktiv xəstə sayı 3 809 nəfərdir.

Ölkədə son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375  test aparılıb.

 





07.03.2021    çap et  çap et