525.Az

Türkiyədə son sutka 11 mindən çox insan koronavirusa yoluxdu


 

Türkiyədə son sutka 11 mindən çox insan koronavirusa yoluxdu <b style="color:red"></b>

Türkiyədə son sutka ərzində 65 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

525.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. iBldirilib ki, son 24 saatda 11 187 yeni yoluxma faktı qeydə alınıb. Bununla da virusa yoluxanların sayı 2 780 417, pandemiya qurbanlarının sayı isə 29 030 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 623 924 pasiyent (son sutkada 7785 nəfər) sağalaraq evə buraxılıb.

 





07.03.2021    çap et  çap et