525.Az

Suriyada terror hadisəsi nəticəsində ölən və yaralananlar var


 

Suriyada terror hadisəsi nəticəsində ölən və yaralananlar var<b style="color:red"></b>

Suriyanın Hama əyalətinin şərqində terrorçular tərəfindən mina yüklənmiş iki avtomobil partladılıb.

525.az APA-ya istinadən xəbər verir ki, terror hadisəsi zamanı azı 18 nəfər ölüb, üç nəfər yaralanıb.

Partlayış Əs-Salamiya şəhəri yaxınlığında Vadi al-Azib bölgəsində baş verib.

Qeyd edək ki, Suriyada silahlı qarşıdurma 2011-ci ildən davam edir. 2017-ci ilin sonunda Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı qələbə elan edilib.

 





07.03.2021    çap et  çap et