525.Az

Beynəlxalq Alyansın sədri qadınları təbrik etdi


 

Beynəlxalq Alyansın sədri qadınları təbrik etdi<b style="color:red"></b> "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Əziz qadınlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu bayram hər zaman sevincli anlar, çiçəklər, hədiyyələr və səmimi qəlbdən gələn hisslərlə dolub-daşır. Biz analarımız, həyat yoldaşlarımız, qızlarımız, iş yoldaşlarımızı təbrik etməyə, onlara heyranlığımızı, hörmətimizi və minnətdarlığımızı bildirməyə tələsirik. Əziz qadınlar, çünki siz Uca Tanrının yer üzərindəki ən yaxşı yaradılışısınız. Özünü analığa və övlad böyütməyə həsr edən qadınlarımıza təşəkkürümü bildirirəm. Mən başa düşürəm ki, kişilərdən çox şey asılıdır və biz yalnız 8 Martda deyil, bütün il boyu mümkün qədər çox məsuliyyətli olaraq siz qadınlara layiq olmağa çalışacağıq. Bir daha sizi bayram münasibətilə təbrik edirəm, əziz qadınlar! Sizə sevinc, sağlamlıq və sevgi arzulayıram!"

 





07.03.2021    çap et  çap et