525.Az

Səbail RİH başçısı sürüşmə olan əraziyə gəlib - Yenilənib


 

Səbail RİH başçısı  sürüşmə olan əraziyə gəlib - <b style="color:red">Yenilənib</b>

Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov sürüşmə hadisəsi baş verən əraziyə gəlib.

525.az APA-ya istinadən xəbər verir ki, icra hakimiyyətinin başçısı hadisə zamanı zərər dəyən obyektlərə baş çəkib.

Vüqar Zeynalov APA-ya açıqlamasında bildirib ki, Badamdar qəsəbəsi ərazisində yerləşən sürüşmə zonasında yenidən aktivləşmə olub.

Hazırda araşdırma aparılır. Aidiyyəti qurumlar tərəfindən əlavə məlumat veriləcək.

*** 

Bakının Səbail rayonunda Bir az əvvəl baş verən sürümə nəticəsində bir neçə gün əvvəl təmizlənən Badamdar şose yenidən bağlanıb.

525.az xəbər verir ki, APA-nın sürüşmə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb.

*** 

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib.

525.az APA-ya istinadən hadisə yerindən fotoları təqdim edir.

Xəbər yenilənəcək.


 

 





08.03.2021    çap et  çap et