525.Az

Baş Dövlət Yol Polisinin əməkdaşları qadın sürücüləri təbrik edib


 

Baş Dövlət Yol Polisinin əməkdaşları qadın sürücüləri təbrik edib<b style="color:red"></b>

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbirlər keçirilir.

525.az-ın xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən  xanım sürücülərə hədiyyələr təqdim olunur.  Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.

Qurum rəsmisi qeyd edib ki, münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.

 





08.03.2021    çap et  çap et