525.Az

Təhsil naziri: "Müəllimlərin 83 faizini qadınlar təşkil edir"


 

Təhsil naziri: "Müəllimlərin 83 faizini qadınlar təşkil edir"<b style="color:red"></b>

Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır.

525.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində paylaşıb.

O, qeyd edib ki, Azərbaycanda müəllimlərin 83 faizini qadınlar təşkil edir:

“Əminliklə deyə bilərik ki, fədakar ruhlu qadınlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.

 





08.03.2021    çap et  çap et