525.Az

“İran müştərək sənaye şəhərciyinin yaradılmasına hazırdır”


 

“İran müştərək sənaye şəhərciyinin yaradılmasına hazırdır”<b style="color:red"></b>

“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin Ərdəbil əyalətində yaradılmasına hazırdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni Ərdəbil əyalətinin Parsabad sənaye şəhərciyinə baxış keçirdərkən deyib.

O bildirib ki,  Azərbaycan və İran sərhədyanı rayonlarının əməkdaşlığı ilə müştərək sənaye şəhərciyinin yaradılması mümkindür:

"Lazımi razılıqlar əldə olunan kimi, bu sahədə müştərək sərmayə qoyuluşuna başlanılacaq. Müştərək sənaye şəhərciyində iki ölkənin müştərək zavodlarının tikilməsi üçün Ərdəbil əyalətində geniş potensial mövcuddur."

O qeyd edib ki, Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılması İran iqtisadiyyatı üçün önəmli nailiyyətdir.

Bu iki ölkə arasında iqtisadi və müştərək əməkdaşlığı genişləndirəcək.

 





08.03.2021    çap et  çap et