525.Az

ABŞ İran sərhədlərinə bombardmançı göndərdi


 

ABŞ İran sərhədlərinə bombardmançı göndərdi<b style="color:red"></b>

ABŞ-ın 2 ədəd B-52 bombardmançı təyyarəsi ölkə ərazisində İranın cənub sərhədlərinədək fasiləsiz uçuş həyata keçirib.

525.az-ın Trend-ə istinadən məlumatına görə, Atlantik okeanı, Aralıq dənizi, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və Fars körfəzi üzərindən uçan təyyarələr İran sərhədinə çatdıqdan sonra geri qayıdıb.

Bombardmançı təyyarələrin fasiləsiz uçuşunu yanacaqdolduran təyyarələr təmin edib. Uçuş zamanı bombardmançıları İsrail, Səudiyyə Ərəbistanı və Qətər qırıcıları müşayiət edib.

Qeyd olunur ki, bu, ABŞ bombardmançılarının son dörd ay ərzində İran sərhdlərinədək 7-ci uçuşudur.

 





08.03.2021    çap et  çap et